Layihə açılan qanadlı kamikadze dron olub, verilmiş ərazidə GPS olmadan uçuş həyata keçirir. Öndə yerləşdirilmiş kamera və süni intellekt vasitəsilə düşmən hədəflərini müəyyən edir, bazaya görüntü əsasında sorğu göndərir. Operator dronu bir hədəfə yönləndirir. Dron üzərindəki partlayıcı vasitəsilə hədəfi zərərsizləşdirir.