Reklam imkanları
Bizim tədbirlərə informasiya dəstəyi göstərməklə Siz aşağıdakı imkanlar üçün əlverişli zəmin əldə etmiş olursunuz:
- Nəşr haqqında məlumatın işgüzar xarakterli və müəyyən sənaye sahəsinə həsr olunmuş tədbirlərdə fəallıq göstərən dəstək strukturları, iştirakçılar və ziyarətçilərdən ibarət geniş auditoriyaya təqdim olunması
- Beynəlxalq təşkilatlar, eləcə də dövlət strukturları və bazardakı aparıcı şirkətlər ilə əlaqələrin yaradılması
- Nəşrin peşəkar mühitdə populyarlaşdırılması
- Abunəçi sayının artırılması
- Bilavasitə tədbirdə iştirak etməklə, eləcə də bu iştirakın nəticəsi kimi yeni reklam sifarişlərinin cəlb olunması
- Yeni məhsul və xidmətlər haqqında ən son məlumatların əldə edilməsi
- Bazardakı cari iqtisadi duruma dair materialların toplanması
Biz əməkdaşlıq çərçivəsində aşağıdaki imkanları təqdim edirik:
- “informasiya dəstəyi” statusunun əldə edilməsi
- Tədbirin marketinq məhsullarında bu statusu göstərməklə şirkətin loqotipinin yerləşdirilməsi
- Tədbirin rəsmi internet saytında şirkət haqqında məlumatın yerləşdirilməsi
- Tədbirin rəsmi kataloqunda reklam səhifəsinin yerləşdirilməsi
- Tədbirin rәsmi internet saytında tərəfdaşın elektron bannerinin yerlәşdirilmәsi vә şirkətin internet saytına keçidin tәmin olunması
- Tədbirin rəsmi internet səhifəsində şirkət haqqında yeni xəbərlər yerləşdirmək
- Tədbirin keçirildiyi ərazidə şirkətin rolapının yerləşdirilməsi
- Sərginin qeydiyyat masalarının yaxınlığında yerləşən görüntü keyfiyyəti yüksək olan ekranlarda tərəfdaşın reklam materialının yerləşdirilməsi
- Tədbirin keçirildiyi ərazidə reklam məhsullarının paylanması
- Sərgi pavilyonunda şirkətin avadanlıqlar ilə təchiz edilmiş stend ilə təmin edilməsi
* Əldə edilmiş statusdan asılı olaraq, təşkilatçılar tərəfindən təqdim olunan reklam imkanlarının siyahısı və reklam növləri dəyişə bilər.
Əlavə məlumat üçün müraciət edin [email protected], [email protected]