Yeni və innovativ ideyalara əsaslanan startap layihələri sürətlə inkişaf edərək bazarda inqilabi dəyişikliklərə səbəb olur. Bu layihələr əsasən texnologiya və elm sahələrinə yönəlib. Belə layihələrin əsas üstünlükləri innovativ yanaşma, çeviklik, yeni iş yerlərinin yaradılması, maliyyə resurslarına çıxışın genişləndirilməsi və sosial dəyişikliklərə töhfə verməkdir.
6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi — “ADEX” və 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi — “Securex Caspian” çərçivəsində “National Military Industry Complex of the Future” 2026 adlı xüsusi startap zonasının qurulması nəzərdə tutulub. Bu zona startapçılara müdafiə və hərbi sənaye sahəsində aparıcı şirkətlərə və digər maraqlı tərəflərə innovativ həllərini və strategiyalarını təqdim etmək üçün unikal imkan yaradacaq. İştirakçılar müdafiə texnologiyaları, mühafizə, xilasetmə, robototexnika, kibertəhlükəsizlik və digər hərbi innovasiyalar sahəsində layihələrini nümayiş etdirə biləcəklər.
Bundan əlavə, startap iştirakçıları sərgi çərçivəsində öz layihələrini təqdim etməklə yanaşı, B2B görüşlərdə də iştirak etmək imkanı əldə edəcəklər.