CSG-nin əsas sektorları müdafiə və təhlükəsizlik sənayesidir

CSG-nin əsas sektorları müdafiə və təhlükəsizlik sənayesidir


RENE HULAY, LAYİHƏ MENECERİ, MSM GROUP (SLOVAKİYA)


Czechoslovak Group müdafiə və artilleriya sənayesində Avropanın ən böyük şirkətlərindən biridir. Biz Amerika, Avropa, Hindistan və digər ölkələrdəki bir çox qrup və şirkətlərlə əməkdaşlıq edirik. MSM Group daxilində biz əsasən 155 mm-lik artilleriya mərmiləri istehsal edirik. Bütün bu məhsullar bizim tərəfimizdən istehsal olunur və dünya bazarlarına təchiz edilir.
Czechoslovak Group müdafiə sənayesində fəaliyyət göstərən 100-dən çox şirkəti əhatə edir və hər bir şirkət öz məhsulları üzrə ixtisaslaşıb. Xüsusilə, bizim Excalibur Army və Excalibur International kimi müxtəlif növ hərbi texnika və avadanlıqların istehsalı və təchizatı ilə məşğul olan şirkətlərimiz var.
Şəxsən mən Azərbaycana gəlib bu sərgidə iştirak edirəm ki, bu, mənim üçün ilk dəfədir, baxmayaraq ki, qrupumuz artıq bir neçə ADEX sərgisində iştirak edib. Bu gün sərginin artıq ikinci günüdür və təəssüratlarım müsbətdir. Bu gün ziyarətçilər birinci günlə müqayisədə xeyli çoxdur, ona görə də ümumilikdə sərgidən çox müsbət təəssürat almışam. Məhsullarımıza həm yerli ziyarətçilər, həm də sərginin beynəlxalq iştirakçıları tərəfindən maraq göstərilir. Bakıdakı beynəlxalq ADEX müdafiə sərgisi münasibətilə CSG qrupu Azərbaycanda ikinci müştərək müəssisəsini yaratmaq niyyətində olduğunu elan etdi.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN