Gənc mütəxəssislər üçün sərginin mühüm üstünlükləri

Gənc mütəxəssislər üçün sərginin mühüm üstünlükləri

3 oktyabr 2026

Ruslan Səfərəliyev, kompüter mühəndisliyi kafedrasının tələbəsi

ADEX və Securex Caspian sərgilərində məni ilk növbədə kibertəhlükəsizlik məsələləri maraqlandırırırdı. Rabitə kanallarının iş spesifikasını və kiberinfrastrukturun mühafizə texnologiyalarını, xüsusilə də bu sahədə bu gün hansı hücum və müdafiə alqoritmlərinin yaradıldığını öyrənmək mənə çox maraqlı idi.

Məni maraqlandıran mövzular üzrə kifayət qədər çox iştirakçı şirkət var idi. Ən böyük marağı taktiki rabitə cihazları üzrə həllər və texniki bazanın nüanslarını təqdim edən MOTOROLA şirkətinin ekspozisiyası doğurdu.

Bu, mənim belə miqyaslı tədbirə ilk səfərimdir. Qeyd edə bilərəm ki, gənc mütəxəssislər üçün bu, əsl uğurdur — nüfuzlu dünya istehsalçılarının işlək avadanlıqları ilə tanış olmaq imkanıdır. Burada xüsusi biliklərimizi genişləndirə, stendlərdə simulyatorları sınaqdan keçirməklə təcrübəmizi zənginləşdirə, istənilən şirkətin peşəkar nümayəndələri ilə ünsiyyət qura və əlaqələr əldə edə bilərik. İştirakçı şirkətlərin də öz maraqları və üstünlükləri var, çünki sərgi potensial əməkdaşlar və müştərilərlə perspektivli tanışlıqlara zəmanət verir. Sərginin iştirakçı tərkibini ayrıca qeyd etmək istərdim. ADEX-ə bütün dünya toplaşıb və azərbaycanlı kimi bu, məni çox sevindirir.


 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN