Dünyada sülh çox vacib və dəyərlidir

Dünyada sülh çox vacib və dəyərlidir

3 oktyabr 2026

Andriy Kostyuk, AZAL aviaşirkətinin pilotu

Mən Ukraynadanam və hazırda AZAL aviaşirkətində Embraer 190 hava gəmisinin komandiri kimi fəaliyyət göstərirəm.

Elmi-texniki tərəqqini yaxından izləyirəm. Silahlanma, ilk növbədə, müdafiənin təmin olunması vasitəsidir. Effektiv müdafiə hücum ehtimalını azaldır. Bir çox ölkə bu təcrübədən keçib. Buna görə də hər bir müasir dövlət öz xalqına müharibəsiz, dinc gələcək təmin etmək üçün layiqli müdafiə imkanlarına malik olmalıdır.

Əvvəlki sərgi ilə müqayisədə builki ADEX müsbət istiqamətdə əsaslı şəkildə dəyişib. Burada çoxsaylı innovasiyalar və maraqlı ekspozisiyalar təqdim olunur, həmçinin sərgi sahəsi əhəmiyyətli dərəcədə genişlənib.

İlk növbədə, dron texnologiyalarının inkişafı, dronların silahlandırılması, eləcə də alternativ peyk sistemləri vasitəsilə GPS-dən asılı olmayan naviqasiya imkanları diqqətimi cəlb etdi.

Ümumilikdə, sərgidə mehriban və dostluq atmosferi xüsusi diqqət çəkir. ADEX səviyyəsində qlobal forumlar təqdim etdikləri geniş informasiya imkanları baxımından böyük əhəmiyyət daşıyır. Hərbi ekspertlər burada müasir innovasiyalar, yeni layihələr və dünya müdafiə sənayesindəki yeni istiqamətlər barədə biliklərini genişləndirə bilirlər.

Bütövlükdə isə bu tədbir hər birimizə dünyada sülhün nə qədər vacib və dəyərli olduğunu bir daha xatırladır.

 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN