Yavər Camalov Qırğızıstanın müdafiə nazirini qəbul edib

Yavər Camalov Qırğızıstanın müdafiə nazirini qəbul edib

13 fevral 2015 0000

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə sənayesi naziri Yavər CamalovAzərbaycanda səfərdə olan Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Y. Camalov nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə baş çəkərək, istehsal prosesini izləyib.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN