BMU tələbələrinin hazırladıqları “Zəngəzur” PUA-sının yeni görüntüləri nümayiş olunub.

BMU tələbələrinin hazırladıqları “Zəngəzur” PUA-sının yeni görüntüləri nümayiş olunub.

24 fevral 2025

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət “RED” komandası hazırladığı  “Zəngəzur” Pilotsuz Uçuş Aparatının (PUA) daha da təkmilləşdirilməsi üzərində çalışmaları davam etdirir. PUA-nın növbəti festivallarda və beynəlxalq sərgilərdə nümayiş olunması planlaşdırılır.


Məlumat üçün bildirək ki, “Zəngəzur” PUA-sı yüksək texniki parametrlərə, eyni zamanda radioekoloji monitorinq imkanlarına malikdir. PUA havada hibrid rejimdə 3 saat işləmək, 6 km diapozonda hündürlüyə qalxmaq kimi yüksək imkanları özündə daşıyır. PUA-nın faydalı yük götürmə qabiliyyəti 4 kq,  öz çəkisi isə 18 kq-dır.


“Zəngəzur” PUA-sı  ötən ilin sentyabrında “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə, eləcə də “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgilərində nümayiş olunub və beynəlxalq sərgilərin təşkilatçıları tərəfindən xüsusi sertifikata layiq görülüb.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN