İlqar Cəlilov, “Technol” şirkətinin direktoru “Technol” şirkəti 2016-cı ildə yaranıb və artıq 2017-ci ildə istehsal fəaliyyətinə başlayıb. Azərbaycanda ilk mühərrik yagları və sürtkü materialları sahəsində ilk yerli müəssədir. “Made in Azerbaijan” brendi altında məhsulu istehsal edirik, bu bizim fəxrimiz və qürurumuzdur. Hal hazırda şirlətimizin mühərrik yağları və sənayə yağları ilə bərabər yeni sürtkü materialları istehsal müəssisəmiz fəaliyyətə başlayıb. Şirkətimiz bir-neçə dəfə artıq “ADEX” sərqisində iştirak edib. Müdafiə sənayəsi nazirliyi və müdafiə nazirliyi ilə əmədaşlıq edən bir şirkət olaraq bizim üçün bu sərgidə iştirak etmək çox vacibdir. Bu ilki sərgidə xüsusən hərbi texnika və avadanlıqlar üçün yağlarımızı təqdim edirik və bu məhsullarımız Azərbaycan Müdafiə Sənayəsi Nazirliyi və Müdafiə Nazirliyi üçün önəmli bir məhsuldur. Eyni zamanda xaricdən gələn qonaqlarımızın diqqətini cəlb edir, çünki eyni məhsullar müvafiq ölkələrdə müdafiə nazirliklərində tələb olunan xüsusi məhsullardandır və sərgi iştirakçılarının da xüsusi marağına səbəb olur. Şirkətimiz 13 ölkəyə öz məhsulunu ixrac edir. Əminik ki, sərgi nəticəsində bu ölkələrin sayını artıra biləcəyik. Bizim bu sərgidə iştirakımız və belə sərgilərin keçirilməsi təqdirə layiqdir. Həm yerli, həm xarici şirkətlər öz məhsullarını alıcılarına nümayiş etmək üçün canlı bir platforma imkanı əldə edirlər və bununla istehsalçı, satıcı və müştəri arasında kontakt qurula bilir. Yəni məhz sərgi təşkilatçılarının sayəsində bu mümkün olur. Düzdür, günümüzdə hal hazırda internet və rəqəmsal istiqamətdə daha çox irəliləyir, sərgidə nümayiş olunan məhsullar daha çox virtual platformalarda təqdim olunur. Amma bunlar heç biri mövcud şəraitdə canlı əlaqələrin yerini vermir. İnsanlar arasında virtual təmas və canlı ünsiyyət tamamilə bir fərqli atmosfer yaradır. Bu isə biznesin gələcəkdə qurula biləcək işgüzar və dost əlaqələrinin təməlini qoyur.
Bu sərgidə biz iştirakçı sayının çox olmasına görə xüsusi aktivlik hiss etdik. Həm yerli partnyorlarımız, xüsusən də bizim güc strukturları ilə uzun müddətli əməkdaşlığımız, əməkdaşlıq etdiyimiz şirkətlər, hansıların ki burda özlərinin stendləri var və yaxud sadəcə sərgini ziyarət etmək üçün gəliblər, onlarla təkrar görüşlərimiz oldu. Əməkdaşlığımızı daha möhkəmləndirmək yolunda hansı addımlar atacağımızı müzakirə etdik. Eyni zamanda mühərrik yağlarına xarici ölkələrin güc strukturlarından da xüsusi maraq var idi ümid edirik ki yaxın gələcəkdə onlar ilə iş birliyinə başlayacağıq. Bir neçə ölkədən bizə artıq sorğular gəldi və canlı görüşlər keçirildi. Düşünürük ki yaxın zamanlarda məhsullarimızın ixrac imkanlarını artıracağıq, hərçənd artıq 13 ölkəyə yaxın bizim ixracatımızda artım var