Rheinmetall Azərbaycanda silah və sursat sahəsində innovativ həllərini təqdim edir

Rheinmetall Azərbaycanda silah və sursat sahəsində innovativ həllərini təqdim edir

1 oktyabr 2026

QABİL MƏMMƏDLİ, RHEINMETALL SILAH V’ SURSAT DIVIZIONUN BİZNES UNIT INDIRECT FIRE ÜZRƏ RƏHBƏRI
 

Hazırda Azərbaycan Rheinmetall üçün regionda mühüm bazar və tərəfdaş ölkədir. Biz Rheinmetall şirkətini bu regionda ilk dəfə təqdim edir və burada Rheinmetall Expal Munitions, Rheinmetall Italia və qrupun digər şirkətləri də daxil olmaqla, müxtəlif bölmələrimizin məhsullarını nümayiş etdiririk.

Bunlara artilleriya sistemləri, hava hücumundan müdafiə vasitələri, raket və bomba sistemləri daxildir. Bundan əlavə, müxtəlif silah sistemlərimiz də mövcuddur. Təklif etdiyimiz texnologiyalar tam şəkildə NATO standartlarına uyğun olaraq istehsal olunur.

Rheinmetall şirkətinin Cənubi Qafqazda iştirak etdiyi ilk müdafiə sərgisi məhz Azərbaycanda keçirilən ADEX sərgisi oldu.Rheinmetall təqdim etdiyi məhsulların hər biri ölkələrarası istiqamətlərini nəzərə alaraq Azərbaycan müdafiə sənayəsi uzunmüddətli və perspektivli əməkdaşlıq görüşləri keçirir.

Sərgiyə gəldikdə isə, artıq ikinci gündür və təəssüratlarımız çox müsbətdir. Bu gün Azərbaycanın müdafiə sənayesinin inkişafına göstərilən diqqəti, həmçinin ölkə rəhbəri Cənab Prezident İlham Əliyevin bu sahəyə verdiyi önəmi görürük. Bizim üçün xüsusilə vacib olan məqam ondan ibarətdir ki, müdafiə sektorunun inkişafı həm investisiyalar, həm də yeni texnologiyaların tətbiqi hesabına həyata keçirilir.

Gördüyümüz kimi, sərgidə Böyük Britaniya, ABŞ, İspaniya, İtaliya, Almaniya və digər ölkələrdən şirkətlər təmsil olunur. Bu onu göstərir ki, xarici şirkətlər müxtəlif bazarlarda fəaliyyətini daha da genişləndirmək və inkişaf etdirmək imkanlarının olduğunu göstərir. Düşünürəm ki, bu inkişafı nəzərə alsaq, gələcəkdə sərginin miqyası xarici şirkətlər üçün artıq kifayət etməyə bilər.

İnanıram ki, növbəti sərgilərdə Rheinmetall daha geniş məhsulları ilə iştirak edə bilər. Azərbaycan milli pavilyonlarını görmək də bizim üçün xüsusilə xoş və əhəmiyyətlidir. Burada təqdim olunan məhsullar yeni texnologiyalara əsaslanır və yeni təhdidlərə cavab verə biləcək həlləri özündə birləşdirir. Artıq ADEX sərgisi 6 ildir ki keçirilir. Sərgi əyani olaraq göstərir ki, Azərbaycan Respublikasının müdafiə sənayesi sektoru qısa müddət ərzində böyük uğurlar əldə edib.

 

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN