Könül Hacıyeva, Mülkü müdafiə üzrə aparıcı mütəxəssis
Sərgi təşkilatçıları bir çox əlaqədar dövlət qurumları və təşkilatların işçilərinə sərgiyə dəvətnamələr göndərir və bir çoxları sərgiyə gəlir. Mənə, məsələn, öz yerli şirkət və təşkilatlarımızın stendləri və məhsulları maraqlıdır, həmçinin Aselsan, Roketsan, Baykar kimi şirkətlərin stendlərini, müdafiə sənayesinin yeniliklərini görmək istərdim.
Bu cür sərgilərin ölkəmizin müdafiə sektorunun inkişafına təsiri əlbəttə ki, yüksəkdir. Həm başqa ölkələr bizim istehsal etdiyimiz silahlardan xəbərdar olurlar, həm də yəqin ki, müqavilələr imzalanır ki, bu da müdafiə sənayemizin inkişafına əlavə təkan verir. Bu bizim üçün çox əhəmiyyətlidir. Mənə burada təkcə öz ixtisasıma aid olan məhsullar deyil, hər şey maraqlıdır. ADEX sərgisi ilə ilk tanışlıqdan sonra, hətta sıravi vətəndaşlar onu çox maraqlı hesab edərək hər il ziyarət etmək həvəsinə sahib olurlar.