Məhsullarımız və xidmətlərimiz hər il genişlənir.

Məhsullarımız və xidmətlərimiz hər il genişlənir.

6 sentyabr 2022 0000

Pavel Vyatkin - 558 Aviasiya-Təmir Zavodunun nümayəndəsi (Belarus):

Bizim Azərbaycanda müştəri şirkətləri ilə mövcud müqavilələrimiz var ki, onlar uzadıla bilər, bizim ixtisaslaşma sahəmizlə bağlı bir çox yeni perspektivli əməkdaşlıq istiqaməti var və biz məhsuldar görüşlər keçirməyi səbirsizliklə gözləyirik. 

Biz MiQ-29 (UB), Mi-8 (Mi-17, Mi-171), Mi-24 (Mi-35), Su-27 və Su-30, Yak-130 təyyarə və helikopterlərini təmir edirik və onların təkmilləşdirilməsini həyata keçiririk, bundan əlavə bunu nadir (lazer) texnologiyasına uyğun olaraq yerinə yetiririk. 

İstehsal baxımından biz pilotsuz uçuş aparatlarını (PUA) - Grif, Bekard, Condor, Lovchiy markalı pilotsuz uçuş sistemlərini (PUS) təqdim edirik. 

Bizim aviasiya avadanlığının  radiotexniki mühafizəsi sistemlərimizə (“Satellit-M2”), eləcə də aviasiya avadanlığının komplektləşdirici hissələrinə böyük tələbat var. Hər il onların çeşidi genişlənir ki, bu sərginin stendində də bu barədə məlumat verilir. 

Biz həmçinin MiG, Mi və Su hava gəmilərini istismar edən təşkilatların uçuş və mühəndis heyəti üçün təlimlər veririk. 

Hesab edirəm ki, bizim xidmətlərimizin çeşidi tərəfdaşlar üçün maraqlı olacaq. 

Zavodumuz mütəmadi olaraq Bakıda keçirilən beynəlxalq silah sərgilərində iştirak edir və ənənəvi olaraq “ADEX-22” sərgisində stend təqdim edir. 

Tədbir zamanı biz Azərbaycandan olan tərəfdaşlarla və əlaqələrimizi möhkəmləndirmək və inkişaf etdirmək istədiyimiz region dövlətləri ilə danışıqlar aparmağı planlaşdırmışıq. 

Biz həmçinin ümid edirik ki, ADEX platforması yeni tərəfdaşlar cəlb etmək imkanı yaradacaq, çünki bu sərgi bir çox nüfuzlu şirkəti bir araya gətirib.


Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN