MÜHƏMMƏD ƏHSAN, UÇUŞ HEYƏTİ ÜZRƏ ÜÇÜNCÜ DƏRƏCƏLİ TƏLİMATÇI-UÇUŞÇU (TST AIRCREW), PAKİSTAN AERONAVTİKA KOMPLEKSİ KAMRA
Kamradakı Pakistan Aeronavtika Kompleksi dörd müxtəlif istehsal müəssisəsini özündə birləşdirir və Pakistanın əsas aerokosmik istehsal kompleksidir. Biz hazırda JF-17 Block III təyyarələri, eləcə də MFI-17 Super Mushshak təlim təyyarələri istehsal edirik.
Bizim üçün xüsusilə vacibdir ki, bu təyyarələrin hər iki növü Azərbaycanda da təmsil olunur. JF-17 və Super Mushshak artıq Azərbaycanda uçuşlar həyata keçirir və Pakistan Aeronavtika Kompleksinin mütəxəssisləri də azərbaycanlı pilotların təliminə cəlb olunublar. Buna görə də Azərbaycandakı iştirakımız təkcə burada nümayiş etdirilən təyyarələrlə deyil, həm də uçuş heyətinin hazırlanması ilə bağlıdır. Bu, aviasiya sektorunda iki ölkəmiz arasındakı əməkdaşlığın praktiki ölçüsünü nümayiş etdirir.
Şəxsən mənim üçün bu, Azərbaycana ilk səfərdir və həm də bu sərgidə ilk iştirakımdır. Burada olmaq imkanı qazandığımdan çox məmnunam. Bu, mənim üçün gözəl təcrübədir və mən həqiqətən də Azərbaycanı və sərginin atmosferini çox sevirəm.