APA-nın Gürcüstan bürosunun məlumatına görə, mətbuat üçün qapalı olan görüşdən sonra Z. Həsənov bu gün baş tutan görüşlərin təməlinin Naxçıvanda və Bakıda qoyulduğunu bildirib: "Biz ötən görüşlərimizdə qərara aldıq ki, üçtərəfli görüşlərimizi davam etdirək. Bugünkü görüş ikinci görüşümüzdür. Biz həm üçtərəfli, həm də ikitərəfli əsasda çox mühüm məsələləri müzakirə etdik. Üçtərəfli Memorandumun imzalanmasına hazırlaşırıq və bu istiqamətdə iş gedir. Artıq sənədin mətni hər üç dövlətin müxtəlif nazirliklərində müzakirə olunur. Türkiyədə baş tutacaq üçüncü görüşümüzdə bu sənəd imzalanacaq”.