Silahlı qüvvələrin bütün bölmələri üçün beş yüz məhsul nümunəsi

Silahlı qüvvələrin bütün bölmələri üçün beş yüz məhsul nümunəsi

6 sentyabr 2022 0000

Vyaçeslav Davidenko, “Rosoboroneksport” (RF) şirkətinin mətbuat xidmətinin rəhbəri və baş direktorunun mətbuat katibi 

“Rosoboroneksport” ADEX 2022 sərgisində müxtəlif şirkətlərin stendlərində silahlı qüvvələrin bütün növləri və hərbi bölmələri, xüsusi təyinatlı dəstələr və polis bölmələri üçün nəzərdə tutulmuş iyirmidən çox Rusiya müəssisəsinin məhsullarının, eləcə də mülki məhsulların beş yüzə yaxın nümunəsinin təqdimatını etdiyi birgə Rusiya ekspozisiyasını təşkil etdi. 

Onların arasında xüsusi zirehli “Tiqr” avtomobilinin və zirehli avtomobilin mina əleyhinə mühafizəli versiyasının nümunələri, sərhədlərin və xüsusilə mühüm obyektlərin mühafizəsi üçün texniki vasitələr var. 

Xüsusilə də “Kalaşnikov” konserni özünün ayrıca stendində 30-dan çox növdə məmulatı (döyüş məhsullarını və xırda çaplı mülki atıcı silahların nümunələrini) təqdim edir, bundan əlavə, atıcı döyüş silahı baxımından konsern yeni 100-cü və 200-cü seriyalı Kalaşnikov avtomatlarını və “Ratnik” markalı məmulatlar silsiləsini təqdim edəcək. 

Biz Bakıya aktual olan və böyük tələbata malik olan bütün məhsulları gətirmişik. 

Biz “ADEX”-in daimi iştirakçılarıyıq, biz bu əməkdaşlıq formatını çox vacib və maraqlı hesab edirik və Bakıdakı sərgi işgüzar görüşlər üçün ciddi meydançadır. 

Bizim silah təchizatlarımız öz müdafiəsini təmin edən dövlətlər üçün vacibdir, çünki regionda sülh müdafiə təyinatlı silahlardan asılıdır. 

Ola bilsin ki, Bakıda aparılan danışıqlar sonda tərəfdaş şirkətlər arasında yeni müqavilələrin imzalanmasına gətirib çıxarsın. 


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN