SƏRGİ HAQQINDA
Beynəlxalq “ADEX” hərbi sərgisi regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunmuş ən nəhəng tədbirdir və iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün unikal imkan yaradır.
“ADEX” sərgisi məhsullarınızı birbaşa alıcılar, sifarişçi firmalar, nüfuzlu tövsiyə mənbələri və son istehlakçılar vasitəsi ilə sata biləcəyiniz meydança olmaqla yanaşı, dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik (Homeland Security) məhsullarının təqdim edilməsi üçün ideal platformadır. Həmçinin “ADEX” sərgisi sektorun iştirakçıları, ziyarətçiləri və ekspertləri arasında təcrübə mübadiləsinə, o cümlədən məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaradır.
ADEX sərgisində iştirakın üstünlükləri
ADEX 2022 sərgisi
Sərginin ərazisi: 13000 kv.m
İştirakçıların sayı: 208
Mütəxəssis ziyarətçilərin sayı: 8967
Xarici hərbi heyətlərin sayı: 33