Ölkənin təhlükəsizliyinə zəmanət verilir!

Ölkənin təhlükəsizliyinə zəmanət verilir!

9 sentyabr 2022 0000

Turab Allahverdiyev, Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri, Vətən Müharibəsi veteranı

- Mən Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində 22 il xidmət etmiş peşəkar hərbçiyəm. İlk növbədə, sərgiyə dəvət etdiyiniz üçün sizə təşəkkür etmək istərdim. “ADEX 2022” sərgisi mənim ölkəmiz ilə, dövlətimizin və onun ordusunun qüdrəti və gücü, onun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin iradəliliyi və düzgünlüyü ilə bir daha qürur duymağıma səbəb oldu.

Xarici dövlətlərin sərgidə iştirakı onların Azərbaycanla hərbi sahədə əməkdaşlıq etmək istəyini nümayiş etdirdi. Silah və hərbi texnika istehsalçılarımızın geniş iştirakı məni məmnun etdi. Sərgidə təqdim olunan eksponatların çoxu bizə yaxşı məlumdur, biz Vətən Müharibəsi dövründə, həqiqi döyüş şəraitində onlardan istifadə etmişik və onların keyfiyyətini göstərmişik. Lakin biz başa düşməliyik ki, silahlar daim təkmilləşdirilir, yeni modellər meydana çıxır, silahların gücü , onların dəqiqliyi və istehsal edilməsi imkanı artır. Bu səbəbdən “ADEX” sərgisi son dərəcə vacibdir. Biz silah istehsalının inkişafının bütün yeni təmayüllərindən və istiqamətlərindən xəbərdar olmalıyıq, o cümlədən sərgi vasitəsilə də müdafiə sənayemizin istehsal imkanlarını nümayiş etdirməyi, həmçinin tərəfdaşların və rəqiblərin istehsal imkanlarını təhlil etməyi bacarmalıyıq.

Azərbaycan ordusunun qüdrəti dövlətimizin və onun vətəndaşlarının təhlükəsizliyi deməkdir. Bizim güclü ordumuz var, müasir silahlarımız var, peşəkar təlim keçmiş əsgərlərimiz var. Beləliklə, ölkənin təhlükəsizliyinə zəmanət verilir!


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN