Tədbir bir çox tanınmış şirkəti və potensial tərəfdaşı bir araya gətirdi

Tədbir bir çox tanınmış şirkəti və potensial tərəfdaşı bir araya gətirdi

6 sentyabr 2022 0000

Gökalp Gördi, “Dearsan” Gəmiqayırma Zavodunun Biznesin İnkişafı üzrə Direktoru (Türkiyə): 

 Azərbaycanla çoxdan bəri sıx əlaqələrimiz olduğundan, Bakıda keçirilən “ADEX-22” ixtisaslaşmış sərgisində iştirak etməkdən məmnunuq. 

Şirkətimiz NATO standartlarına cavab verən (bu gəmilər NATO-nun Gizli Obyektin Təhlükəsizlik Sertifikatına malikdir), həmçinin MİLLİ Gizli Obyektin Təhlükəsizlik Sertifikatına, ISO 9001:2015 Keyfiyyət Sertifikatına, ISO 45001:2018 Peşə Sağlamlığı və Təhlükəsizliyi Sertifikatına, ISO 14001:2015 Ətraf Mühit Sertifikatına və SASAD Müdafiə Sənayesinin İstehsalçıları Birliyinin Sertifikatına, müxtəlif xarakteristikalara malik olan, müxtəlif təyinatlı (növlərdə) hərbi gəmilər istehsal edir. 

Bu sərgi bizim təcrübəmizi və peşə biliklərimizi genişləndirməyə imkan verəcək, çünki tədbir onlarla maraqlı şirkəti bir araya gətirdi ki, onların da çoxu potensial tərəfdaş hesab edilə bilər. 

Müdafiə sənayesi kimi özünəməxsus sahədə hansı məhsulların tələb olunduğu barədə bizdə daha yaxşı təsəvvür yaranacaq, çünki bu sərgi dünya şöhrətli istehsalçıları özünə cəlb edib. 

Biz stendimizin qonaqlarını həvəslə salamlayır, ziyarətçilərlə ünsiyyət qururuq və “ADEX-22”-nin uğurlu olacağına ümid edirik. 


Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN