Tankçılarımız “Tank biatlonu”nda qrupda birinci oldular

Tankçılarımız “Tank biatlonu”nda qrupda birinci oldular

30 i̇yul 2018 0000

Bu gün “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində "Tank biatlonu" müsabiqəsi start götürüb.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yarışların ilk günündə Azərbaycan tankçıları qruplarında yer aldıqları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə güclərini sınayıblar.

Azərbaycan tankçıları müsabiqənin şərtlərinə əsasən şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

Beləliklə, yarışların ilk günü tank heyətlərimiz rəqiblərini xal hesabında xeyli geridə qoyaraq qrupda birinci olublar.

Qeyd edək ki, bu il 23 ölkədən tank heyətləri “Tank biatlonu” müsabiqəsində iştirak edir.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN