Nazir Yavər Camalov vəfat etdi

Nazir Yavər Camalov vəfat etdi

24 i̇yun 2018 0000

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, dəfn mərasimi Y. Camalovun Bakıda yaşadığı evdə keçirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Y.Camalov Şüvəlan qəsəbə qəbiristanlığında, keçən il vəfat edən 44 yaşlı oğlu Rövşən Camalovun yanında dəfn olunub. 

20.04 (23 iyun)

Müdafiə sənayesi naziri Yavər Camalov bu gün günorta saatlarında Bakıdakı evində vəfat edib.

Oxu.Az xəbər verir ki, bu günlərdə Parisdə keçirilən “EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Yavər Camalovun səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

69 yaşlı nazir uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və müalicə alıb.

19.06

Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.

Allah rəhmət etsin!


Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN