Adi Pais, “Elbit Systems” (İsrail) şirkətinin Marketinq Kommunikasiyası üzrə Baş direktoru
Müdafiə sahəsində elektron irəliləyişlər üzrə ixtisaslaşmış beynəlxalq yüksək texnologiyalı şirkətimiz Bakıda keçirilən bütün “ADEX” sərgilərində iştirak edir, həmçinin bizim ölkədə rəsmi tərəfdaşımız - yerli DES şirkəti var. Biz azərbaycanlı həmkarlarımızla əməkdaşlıq formatından məmnunuq.
Biz stenddə bir yeniliyi - 120 km-ə qədər məsafədə yüksək dəqiqliklə zərbələr endirmək üçün REST-i (250/500 kq-lıq yüksək dəqiqliklə yönləndirilən hava bombasının nişan sistemi) də nümayiş etdiririk.
Bütün dünyada tələbat olan modellər də təqdim olunur - 250/500/1000 kq kalibrli MPR beton deşici hava bombalarına uyğunlaşan LIZARD / MPR modul tipli hava bombası yönləndirmə sistemi və CONDOR MS multispektral strateji aerofotoqrafiya sistemi.
Mütəxəssislər, həmçinin MWS havadan raket hücumu xəbərdarlığı sistemi, hərbi helikopterlərin göyərtəsində yerləşdirilə bilən, istiqamətləndirilmiş infraqırmızı lazerə əsaslanan DIRCM havadan müdafiə sisteminə diqqət yetirməlidirlər.
GATR idarəolunan taktiki raketi və yüksək dəqiqliyə malik uzun mənzilli havadan quru və suya hücum raketi RAMPAGE-a da maraq var.
Əsas fəaliyyətlərimizə hərbi təyyarələr və helikopterlər üçün avadanlıqların istehsalı; kommersiya aviasiya sistemlərinin və aviasiya strukturlarının yaradılması; pilotsuz uçuş sistemləri (UAS) və daha çoxu daxildir.
ADEX 2022 platforması, əlaqələrimizin və kontaktlarımızın artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.