Vahid Qasımov, Bakı
Mən təkcə Bakıda deyil, həm də xaricdə sərgiləri ziyarət etməyə çalışıram. Bu fayda gətirən və yaxşı nəticəni təmin edən peşəkar maraqdır. Mən neft sahəsində çalışıram, orada bu sahə ilə bağlı olan konkret bölmələr var. “ADEX” sərgisinin bir sıra stendləri məndə yaxşı təəssürat yaradıb. Sərginin profili çox genişdir. Öz yeni məhsul, iş və texnikaları ilə maraq yaradan şirkətlər mövcuddur. Mövcud eksponatların nümayişi tədbirə xüsusi parlaqlıq qazandırıb. Özüm üçün bir neçə kontaktı qeyd etmişəm ki, sonradan mənim peşəkar maraqlarıma uyğun olan mümkün təklifləri nəzərdən keçirim. Sərgi həmişə ilk növbədə mütəxəssislər üçün müsbət effekt yaradır. Hesab edirəm ki, yaxşı mütəxəssis belə tədbirdə özü üçün lazım olan məlumatı mütləq tapacaq.