Syed Adnan Haider, Taqreebat Events şirkətinin baş direktoru (Pakistan)
Bu, mənim “ADEX” sərgisində ilk iştirakımdır. Mən sərgilər və digər oxşar tədbirlər təşkil edən bir şirkəti təmsil edirəm, ona görə də bu cür təcrübə mənim üçün çox vacibdir. Binaya girəndə ağlıma ilk gələn fikir o oldu ki, yer çox yaxşı seçilib. Mənə elə gəlir ki, Bakı Ekspo Mərkəzi daha çox iştirakçı qəbul etməyə qadirdir - və bu, sərginin ən yüksək səviyyədə təşkil olunduğunu vurğulayır.
Bu cür tədbirlərdə iştirak etmək təcrübəm azdır: bu layihədən başqa, sizə vətənim Pakistanda keçirilən “İDEAS” sərgisində iştirakım haqqında məlumat verə bilərəm. Mən bu iki sərgini müqayisə etməyəcəyəm, lakin dəqiqliklə deyə bilərəm ki, sizin “ADEX 2022” sərginizin təşkili və keçirilməsi hər cür tərifə layiqdir. Ümid edirəm ki, bu ilin noyabrında Karaçidə keçirilməsi planlaşdırılan sərgi haqqında da eyni sözləri deyə biləcəyəm.