Roman Alekseyev, Rusiya
Mən Sankt-Peterburqdan gəlmişəm. Bizim şirkət hərbi təyinatlı avadanlıq hissələrinin istehsalı ilə məşğuldur. Biz Rusiya keçirilən analoji sərginin daimi iştirakçısıyıq və hərbi texnikaların inkişafını maraqla izləyirik. Mənim gəlişim məqsədyönlüdür və tanışlıq məqsədi daşıyır. “ADEX” sərgisində istənilən nüansı bəyəndim. Mən özüm üçün bir sıra yeni müasir texnika nümunəsini kəşf etmişəm. Sərginin özü dəqiq struktura malikdir və bölmə və zallar üzrə ayrılıb. Ümumiyyətlə, sərgi iştirak edən sahələrin təşkil olunması, şirkətlərin öz brendini nümayiş etdirməsi, nailiyyətlərin təqdim olunması üçün rahat imkanın yaradıldığı platformadır. Burada əlaqələr qurmaq və maraqlı peşəkar mövzularda danışıqlar aparmaq rahatdır. Bu, inkişaf üçün əhəmiyyətli və dinamik bir təkandır. Bizim şirkətin planlarına növbəti “ADEX” sərgisində iştirak, stendin və şəxsi ekspozisiyanın təşkili daxildir.