Fransa şirkətləri Azərbaycana texnologiya təchiz etməyə hazırdır

Fransa şirkətləri Azərbaycana texnologiya təchiz etməyə hazırdır

25 sentyabr 2018 0000

Eduard Peffen Ref, “CIFAL” (Fransa) şirkətinin kommersiya direktoru

– Fransanın birləşmiş stendində müdafiə sektorunu təmsil edən müxtəlif şirkətlər – “CIFAL”, “NAVAL”, “ECA-group”, “Ixblue və Lacroux” şirkətləri təmsil olunub. Biz bir neçə ildir ki, Azərbaycan Respublikasının müəssisələri ilə danışıqlar aparır və qarşılıqlı faydalı layihələrin reallaşdırılmasında uğur əldə edəcəyimizə inanırıq. Xüsusilə də, əməkdaşlıq üçün unikal təklif olan Bakı Gəmiqayırma Zavodunda Fransa texnologiyası əsasında hərbi patrul gəmilərinin hazırlanması üzrə “NAVAL Group” şirkətinin layihəsi Azərbaycan rəhbərliyi səviyyəsində böyük marağa səbəb olub.

Biz Azərbaycan iqtisadiyyatının şaxələnməsində maraqlıyıq və buna böyük töhfə vermək istəyirik. Fransanın bütün şirkətləri tərəfdaşlığa və Azərbaycana yüksək texnologiyalar tədarük etməyə hazırdır. “NAVAL” şirkəti hərbi gəmilərin tikintisi və dəniz müdafiə sistemlərinin yaradılması sahəsində, “Thales” şirkəti elektronika (xüsusilə də, “ADY” QSC ilə əməkdaşlıq) sahəsində, “ECA-group” şirkəti PUA-lar, “İxblue” şirkəti peykə ehtiyac olmayan naviqasiya sistemləri sahəsində qlobal liderlərdən biridir.

 

“CIFAL” şirkətinin Bakıdakı ofisi 1993-cü ildən fəaliyyət göstərir, şirkət müdafiə, tikinti, aeronaviqasiya, energetika və ətraf mühitin mühafizəsi sahəsində xidmətlər təklif edir.

“ECA-group” şirkəti Bakıda dəniz obyektlərində, xüsusilə də neft hasilatı platformalarında, gəmilərdə aparılan işin təhlükəsizliyi ilə əlaqədar innovativ həll variantları təklif edir.

“Lacroux” şirkəti elektron ticarətdə aktiv olan proqram təminatını təqdim edir. İş üç dayaq nöqtəsinə əsaslanır: dəniz layihələrində tətbiq olunan elektronika, siqnalizasiya və telemetriya. Şirkətin təkcə Fransada deyil, həm də Almaniya, Polşa, Tunis və İspaniyada zavodları fəaliyyət göstərir.


Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN