Moxit Sinqal, Melstar Information Technologies Ltd.-nin sədri, Hindistan
Mənim şirkətim Hindistanda proqram həlləri təqdim edir. Biz aviatsiya sahəsini xidmət göstərərək, hava yolları üçün simulyatorlar istehsal edirik. Biz müdafiə sektoru üçün simulyator istehsalını genişləndirməyi planlaşdırırıq. Ona görə də mən Hindistandan gəlmişəm. Yeni avadanlıq və alətlərin müxtəlifliyi məni həqiqətən heyran etdi. Düzünü desəm, mən bura tətilə gəlmişdim, lakin bu sərgini ziyarət etmək üçün qalma müddətimi uzatmaq qərarına gəldim və bu, həqiqətən də qalmağıma dəyərdi. Burada öyrəniləcək və paylaşılacaq çox şey var. Xüsusilə Titra-nın müasir avadanlıqlarla təchiz olunmuş stendi mənim üçün çox cəlbedici oldu. Onlar xəritəçəkmə və digər məqsədlər üçün istifadə oluna bilən havadan müşahidə aparatlarını təqdim edirlər. Mən, Hindistanda müdafiə sahəsində əməkdaşlıq edə biləcəyim etibarlı bir tərəfdaş axtarıram. Yeni texnologiyalar sahəsində maraq göstərən bir çox mütəxəssislə söhbət etdim. Həmçinin, Havelsan-ın nümayəndələri ilə də tanış oldum. Onlar müdafiə üçün simulyatorlar istehsal edirlər, biz isə kommersiya hava yollarında ixtisaslaşırıq və biz birlikdə əməkdaşlıq imkanlarını araşdırırıq. Burada olduğuma görə məmnunam. Belə sərgilər biznesin genişlənməsi və əməkdaşlıq üçün güclü bir katalizator rolunu oynayır. Düşünürəm ki, bu təcrübə ümumilikdə mənim biznesimin, xüsusən də bu regionda inkişafım üçün mühüm təkan ola bilər.