Bəkir Quliyev – “Synapline Technologies” şirkətinin Baş icraçı direktoru
“Synapline” Bakıda yerləşən texnoloji startap şirkətidir və “VITTA” Elmi Texniki Şirkəti (əsas investor kimi fəaliyyət göstərir) ilə birlikdə biz dövlət qurumlarında və Müdafiə sahəsində daha yaxşı qərarlar vermək, həmçinin mürəkkəb və dinamik mühitlərdə əminliklə hərəkət etmək məqsədilə Süni İntellektə (AI) əsaslanan avtomatik pilotsuz həllər vasitəsilə bölmə komandirlərinin və PUA idarəedicilərinin funksional imkanlarını artırmaq vəzifəsini yerinə yetiririk. Biz taktiki və strateji tapşırıqların yerinə yetirilməsi zamanı Coğrafi yer müəyyən etmə sisteminə (GPS) girişin qadağan edildiyi ərazilərdə pilotsuz kəşfiyyat, müşahidə və çəkiliş əməliyyatlarını idarə edərkən cari vaxt rejimində qərarları tez qəbul etməli olan bölmə komandirləri və PUA idarəediciləri üçün “Synap OS” əməliyyat sistemini yaratmışıq. Bu, cari vaxt rejimində qərar qəbul edilməsinə dəstək verilməsi, avtomatik vizual naviqasiya və döyüş tapşırığının qabaqcıl idarəetməsi kimi funksional imkanları bir araya gətirən və süni intellektə əsaslanan bir proqram dəstidir. Bundan əlavə, biz “Synap OS” ilə təchiz edilmiş, tam birləşdirilmiş avtomatik orta mənzilli, şaquli istiqamətdə havaya qalxan və yerə enən pilotsuz uçuş sistemlərini (UAS) də təklif edirik.
Kəşfiyyat bazarındakı digər həllərdən fərqli olaraq, süni intellektə əsaslanan pilotsuz həllərimiz məlumatları təhlil etmə funksiyaları, avtomatik idarəetmə sistemi, sazlana bilmə, bloklara ayrıla bilmə, tutumu genişləndirə bilmə, sərfəli qiymət və təhlükəsizliyin unikal birləşməsini təklif edir. Bu cəhətlər istifadəçilərin GPS-ə girişin qadağan edildiyi ərazilərdə təhlükəsiz şəkildə fəaliyyət göstərməsinə imkan verir. Əlavə olaraq, onlar bizim üçüncü tərəf qismində çıxış edən geniş çeşidli tərəfdaşlarımızın çoxtəyinatlı uçuş aparatları və sistemlərindən əldə edilən kəşfiyyat tapşırığı haqqında işçi məlumatları (məsələn, EO/İQ kamerasının faydalı məlumatlarını) avtomatik olaraq birləşdirməklə, vahid avtomatik əməliyyat mənzərəsini yarada bilir.
“ADEX 2022” sərgisində biz bölmə komandirləri, PUA idarəediciləri, PUA istehsalçıları, Sənaye sektoru, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Hərbi Hava Qüvvələri, Dövlət Təhlükəsizliyi Xidmətləri və digər dövlət qurumlarından olan mühəndislər və digər peşəkar mütəxəssislər ilə söhbət etməkdən məmnun olarıq. Əminik ki, məhsullarımız onların diqqətini cəlb edəcək və gündəlik fəaliyyətlərində faydalı olacaqdır.