Bakı Sərgisinin Üstünlükləri Nədədir?

Bakı Sərgisinin Üstünlükləri Nədədir?

26 sentyabr 2024 0000
Aqil Rüstəmazadə, Hərbi Mütəxəssis

- Peşə fəaliyyətimə görə, həm beynəlxalq, həm də yerli sərgilərə qatılmağa çalışıram. Sərgiləri ziyarət edərkən əsas məqsədim hərbi sahədə baş verən dəyişikliklərin nəticələrini anlamaq, müharibənin, texnologiyanın inkişafının və müdafiə sənayesinin gələcəyini müəyyən etməkdir. Bu bilgiləri əsasən ADEX kimi sərgilərdə əldə etmək olur.

ADEX 2022 ilə ADEX 2024 arasındakı fərqi görmək məni sevindirir. Bu fərq, birincisi, yerli müdafiə sənayesinin təqdim etdiyi yeniliklərin sayının artmasında özünü göstərir. Azərbaycan hərbi texnoloji yenilikləri yaxşı analiz edir və bu sahədə uğurla fəaliyyət göstərir. Biz, İsraillə birlikdə dron istehsal edən ilk ölkələrdən biriyik. Hazırda tank əleyhinə və yüngül piyadalar üçün dron istehsalı sahəsindəki inkişaflarımız yüksək səviyyədədir. İnkişaf etmiş ölkələrlə yanaşı, biz döyüş lazer silahları istehsal edirik və dəqiq silah istehsalı sahəsində imkanlar əldə etməyə çalışırıq. Bütün bunlar, əlbəttə ki, heyranedicidir.

ADEX sərgisi haqqında deyə biləcəyim odur ki, hər sərginin özünəməxsus cəhətləri var və bu, ölkənin müəyyən hərbi məktəbə bağlılığını əks etdirir. NATO ölkələrində, İsraildə, Türkiyədə, Çində, Rusiyada və Belarusda keçirilən sərgilər bizim sərgimizdən əhəmiyyətli dərəcədə fərqlənir. ADEX, bütün bu istiqamətləri müvəffəqiyyətlə birləşdirməyi bacardı ki, bu da Bakı sərgisinin universalığını vurğulayır. Onun ölkəmizin müdafiə sektorunun bütün nümayəndələri üçün əhəmiyyəti danılmazdır. Mütəxəssislərə hərbi sahədəki inkişaf proseslərini və müdafiə sənayesinin gələcəyini analiz etmə imka
 

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN