Savaş Uzan, “Azərsun Holdinq” Baş direktoru
1991-ci ildə fəaliyyətə başlayan “Azərsun Holdinq” daim inkişaf yolunda irəliləyərək hazırda ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən birinə çevrilib. Yarandığı ildən daim inkişaf yolunu seçən şirkətlər qrupumuz qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayıb. Hazırda daxili bazarda qida tələbatının böyük hissəsini qarşılayan şirkətimiz artıq öz məhsullarını ölkə xaricinə də ixrac edir. Qeyd edək ki, 40-dan artıq ölkəyə ixrac olunan məhsullarımızın üzərində “Made in Azerbaijan” yazısını daşımasından da şərəf duyuruq. Daha bir qürurverici hal budur ki, Azərbaycan Ordusunun qida təminatı da şirkətlər qrupumuza həvalə olunub. Belə ki, ordumuz üçün istehsal etdiyimiz “Əsgər payı” adlı qida məhsullarımızla “ADEX 2022” sərgisində iştirak edəcəyik.
“Azərsun Holdinq” “ADEX 2022” sərgisində yeni konservləşdirilmiş məhsullarla iştirak edəcək. Bundan başqa quru ərzaq məhsulları da ziyarətçilərə nümayiş olunacaq.
Təqdim edəcəyimiz məhsullar əsgərlərimizin hər bir şəraitdə istifadə edə bilməsi ilə fərqlənir. Belə ki, həm səhra şəraitində, həm də hərbi hissə daxilində istifadə edilməsi üçün nəzərdə tutulmuşdur.