Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans (ICCD) keçiriləcək

Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans (ICCD) keçiriləcək

18 i̇yul 2024 0000
Cari ilin 25 sentyabr tarixində “Fairmont Baku” otelində Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans (ICCD) keçiriləcək (Konfransın rəsmi internet səhifəsi https://cyberdiplomacy.gov.az/).

Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniya Respublikasının Kiberdiplomatiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirin əsas tərəfdaşları Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış memorandum çərçivəsində aparılan əməkdaşlıq nəticəsində Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın keçirilməsi və regional təmsilçiliyi eksklüziv olaraq Azərbaycana verilib. Diplomatik nümayəndələr, bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlər, o cümlədən sahə üzrə qlobal aktorlar diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün Azərbaycanda bir araya gələcəklər.

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN