ADEX-2018: MSN 12.7 mm-lik yeni snayper tüfəngini sərgilədi

ADEX-2018: MSN 12.7 mm-lik yeni snayper tüfəngini sərgilədi

25 sentyabr 2018 0000

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mütəxəssisləri tərəfindən 12.7 mm çaplı iriçaplı yeni snayper tüfəngi yaradılıb.

“AzeriDefence”nin məlumatına görə, 12.7 x 108 mm çaplı snayper tüfəngi ilk dəfə ADEX-2018 beynəlxalq müdafiə sərgisində nümayişə çıxarılıb.

Çəkisi bazardakı analoqları ilə müqayisədə yüngül – cəmi 10 kq təşkil edən snayper tüfəngi sınaqlar zamanı 1500 metr məsafədə hədəfi dəqiqliklə vurub.

Bolt-action (əllə tək-tək doldurma) iş prinsipinə malik silahda atıcının rahatlığı tam təmin olunub.

Hazırda sınaqları davam edən snayper tüfənginin lüləsi də daxil olmaqla bütün hissələri Azərbaycan MSN-in müəssisələrində istehsal edilir.

Snayper tüfənginin texniki-taktiki göstəriciləri barədə əlavə məlumat verilməyib.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN