Azərbaycan istehsalı olan “Gürzə” patrul maşınının xaricə ixracı həyata keçirilib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
“Gürzə” patrul maşınının xaricə ixrac üçün hazırlanmış bir nümunəsi ADEX-2018 beynəlxalq müdafiə sərgisində MSN stendində nümayiş etdirilib.
İxrac edilən dövlət və ixrac sayı barədə məlumat verilməyib.
MSN-in Milli Aerokosmik Agentliyində (MAKA) “Toyota HiLUX” bazasında hazırlanmış və ilk nümunəsi 2012-ci ildə təqdim edilən “Gürzə” patrul maşını zirehsizdir. Maşın xüsusi təyinatlı qüvvələrin nəqli üçün nəzərdə tutulub.