Zəhərləyici döyüş maddələrini müəyyən edən portativ detektorla

Zəhərləyici döyüş maddələrini müəyyən edən portativ detektorla

8 sentyabr 2022 0000

Simon Walles, Avropa və Mərkəzi Asiya üzrə Satış Direktoru, “Serstech AB” şirkəti (İsveç)

Biz burada, sərgidə öz qüvvələrini birləşdirən iki şirkəti təmsil edirik – “Proengin” və “Serstech AB”. Yaranan cütlük zəhərləyici döyüş maddələrinin aşkarlanması və müəyyən edilməsi üçün portativ detektorları uğurla işləyib hazırlayır. Biz əl detektorları və 24/7 rejimli müstəqil nəzarət sistemlərini təklif edirik. Məhsullarımız yetmişdən çox ölkədə istifadə olunur. 

Siz bizim nəzarət-ölçmə cihazlarımız vasitəsilə təhlükəni aşkarlaya, onun yayılmasının qarşısını ala və istifadə olunan silahı müəyyən edə bilərsiniz. Beləliklə, siz dəqiqliklə müəyyən edə bilərsiniz ki, sizin əlinizdə təhlükəli bir maddə var və o, hansı maddələr növünə aiddir. 

Bu, bizim Azərbaycana və bütövlükdə regiona ilk səfərimizdir, ona görə də biz nə ilə qarşılaşacağımızı bilmirdik. Amma bizi təəccübləndirən odur ki, ilk gündə bütün işlər çox yaxşı gedir, ziyarətçilər məhsullarımıza fəal şəkildə maraq göstərdilər: biz potensial tərəfdaşlarla danışıqlar apardıq. 

Ümid edirik ki, sərginin qalan günləri ərzində stendimizə maraq səngiməyəcək və biz sizə məhsullarımız haqqında ətraflı məlumat verməyə hər zaman hazırıq. Sərginin təşkili və keçirilməsinə gəlincə, mən texniki heyətin yüksək səviyyəli dəstəyini qeyd etmək istərdim: bizim rast gəldiyimiz bütün problemlər çevik şəkildə həll olunur. 


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN