Xəbərlər

ADEX - ADEX sərgiləri həmişə ən yüksək səviyyədə keçirilir!

ADEX sərgiləri həmişə ən yüksək səviyyədə keçirilir!

08.09.2022

Xəbərlər

Ədalət Verdiyev, hərbi ekspert 

- Mən bütün “ADEX” sərgilərini ziyarət edirəm. Onlar həmişə ən yüksək səviyyədə keçirilir! 

Əminliklə deyə bilərik ki, “ADEX” sərgisi hərbi əməkdaşlıq sahəsində Azərbaycana maraq göstərilməsinin bir növ barometridir. Əlbəttə ki, Azərbaycanın Vətən Müharibəsində qazandığı qələbənin bu məsələdə mühüm rol oynadı. 

Mən bu il yerli şirkətlərin və hərbi təyinatlı məhsulların istehsalçılarının fəal iştirakından məmnunam. Əlamətdar haldır ki, elmi-texniki tərəqqinin belə yüksək sürətli inkişafı hərbi sahəyə də öz təsirini göstərir. Hərbi texnikanın çeşidi və səviyyəsi hər il artır, bütün istiqamətləri əhatə edir. Ona görə də yerli istehsalçılarımız daim irəliləməlidir. 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “ADEX” sərgisini ziyarət etməsi dövlətin ölkənin hərbi-texniki təchizatına və müdafiəsinə göstərdiyi diqqəti vurğulayır. Yüksək rütbəli hərbi rəhbərlərdən tutmuş, ixtisaslaşdırılmış təhsil müəssisələrinin kursantlarına, müdafiə sənayesi müəssisələrinin rəhbərləri və işçilərinə, dünya ölkələrinin hərbi nazirliklərinin, aparıcı dünya miqyaslı və yerli şirkətlərin nümayəndələrinə qədər ordu və müdafiə sənayesi ilə məşğul olan şəxslərin sərgidə iştirakı Azərbaycanda keçirilən bu tədbirin əhəmiyyətini göstərir. 

Mən hesab edirəm ki, Azərbaycan ordusunun daha da inkişaf etdirilməsi və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün biz bu sərginin imkanlarından maksimal dərəcədə səmərəli istifadə etməliyik