Xəbərlər

ADEX - Pakistanın “Kamra” aviasiya kompleksi: Aviasiyada mükəmməlliyin simvolu

Pakistanın “Kamra” aviasiya kompleksi: Aviasiyada mükəmməlliyin simvolu

15.08.2022

Xəbərlər

48 il əvvəl əsası qoyulmuş “PAC Kamra”, “Super Mushshak” ilkin uçuş təlim təyyarəsindən tutmuş müasir çoxfunksiyalı “JF-17 Thunder” reaktiv qırıcı təyyarəsinə qədər məhsullar, eləcə də aviasiya mühərrikləri və bort radioelektron avadanlığı daxil olmaqla, təyyarələr, qovşaqlar və aviasiya elektron avadanlıq komponentlərinin istehsalı və Texniki Xidmət, Təmir və Əsaslı Təmir (MRO) Xidmətlərinin təmin olunması ilə məşğul olan aviasiya mühəndisliyi təşkilatıdır.

“JF-17 Thunder”. “JF-17 Thunder”, Pakistan Aviasiya Kompleksi (PAC) “Kamra”nın və Çin Aviasiya Sənayesi Korporasiyası (CAC) “Chengdu”nun birgə müəssisəsi tərəfindən işlənib hazırlanmış qabaqcıl, yüngül çəkili, bütün hava şəraitlərind  gündüz və gecə fəaliyyət göstərən çoxfunksiyalı qırıcı təyyarədir;. O, mükəmməl "havadan-havaya" və "havadan-səthə" döyüş imkanlarına malikdir.

“Super Muschak”. “Super Mushshak”, Pakistan Aviasiya Kompleksi (PAC) “Kamra” tərəfindən layihələndirilmiş və istehsal edilmiş, həmçinin, FAR (Amerika Birləşmiş Ştatlarının Aviasiya Qaydaları)-nın 23-cü hissəsinə uyğun olaraq işlənib hazırlanmış yüngül çəkili, möhkəm, bir-mühərrikli, iki-oturacaqlı təyyarədir. Onun hərbi təlim üçün nəzərdə tutulmuş məqsədindən başqa, təyyarə də Pakistan Mülki Aviasiya İdarəsi (PCAA) tərəfindən verilmiş sertifikatlaşdırma növünə əsasən kommersiya məqsədilə də istifadə edilə bilər.

Texniki Xidmət, Təmir və Əsaslı Təmir (MRO). “PAC” zavodlarının əsas imkanlarına təyyarələrin, qovşaqların, aviasiya mühərriklərinin və bort radioelektron avadanlığının komponentlərinin istehsalı və Texniki Xidməti, Təmiri və Əsaslı Təmiri (MRO) daxildir. Qabaqcıl layihələndirmə proseslərinə yüksək dəqiqliyə malik mexaniki emal, metal təbəqə emalı, kompozit materialların / rezin hissələrin istehsalı, xüsusi proseslər, səthi və istiliklə işlənmə daxildir.