EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib
Media мərkəz » Xəbərlər

Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib
18.06.2019

Xəbərlər

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.

APA-nın xəbərinə görə, açılış mərasimində mərkəz haqqında Müdafiə nazirinə məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb olunacaq  şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb.

Qeyd olunub ki, real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarını tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.

Müdafiə naziri poliqonun ərazisindəki hərbi infrastruktur obyektlərinə baş çəkib, müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərini izləyib.

Fərid Mirzəyev

https://apa.az/az/herbi/mudafie-naziri-yeni-telim-merkezinin-acilisinda-istirak-edib-538724



TƏRƏFDAŞLAR