EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Bizim zirehli transportyor və tanklar bütün dünyada məşhurdur!
Media мərkəz » Xəbərlər

Bizim zirehli transportyor və tanklar bütün dünyada məşhurdur!
27.09.2018

Xəbərlər

Mariya Raşevskaya, “140 Repair Plant” ASC-nin (Belarus Respublikası) Marketinq və satış departamentinin direktor müavini

Bizim zavodun nümayəndə heyəti Bakıda keçirilən bütün “ADEX” sərgilərini ziyarət edib və bu ənənəni indi də davam etdirir, çünki belə tədbirlərdə iştirak konyunkturanı müəyyən etməyə və HSK bazarının yenilikləri ilə tanış olmağa kömək edir.

“140 Repair Plant” ASC-nin zirehli transportyorlar, tanklar və digər xüsusi texnikalar kimi yüksək keyfiyyətli məhsulları bütün dünyada məşhurdur və zavodumuzun adı bizim üçün dəyərlidir. Sərgi çərçivəsində Azərbaycan tərəfi ilə tematik danışıqlar aparılıb və bu danışıqların nəticələri əsasında sıx əməkdaşlıq əlaqələrinin qurulması üçün nəticələri gözləyirik.

“ADEX 2018” sərgisindəki stenddə kəşfiyyat-diversiya əməliyyatının aparılması, böyük ərazilər boyu patrul və bütün dünyada müxtəlif sülhməramlı əməliyyatlar zamanı humanitar kortejin müşayiət olunması üçün nəzərdə tutulmuş “Kayman” zirehli nəqliyyat vasitəsinin maketləri tərəfimizdən təqdim edilib. Bu zirehli texnika tamamilə Belarus avadanlıqlarından yığılır. Həmçinin, biz döyüş sursatları və partlayıcı vasitələrin saxlandığı arsenal, anbar və bazalarda yanğını söndürmək və qəza-xilasetmə işlərini həyata keçirmək üçün “QPM-72” tırtıllı yanğın maşınının maketini nümayiş etdiririk. Bu yanğın söndürən nəqliyyat vasitəsi məsafədən idarəetmə konsolu olan su dirəyi ilə təchiz olunub.

Biz “BelTechExport” şirkəti ilə birlikdə yeni məhsulu - termal təsvir nişangahı olan nişanalma kompleksi və gücləndirilmiş zireh ilə təchiz edilmiş “T-72BME” tankını təqdim edirik. Bu tankdan 125 mm-lik mərmilərin istənilən növü, o cümlədən idarə olunan mərmilər ilə atəş açmaq mümkündür. Tankın üzərində son nəsil “BARRET-2028+” UQD rəqəmsal radiostansiya quraşdırılıb.



    TƏRƏFDAŞLAR