EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Video-müşahidə sahəsində aktual həll variantları
Media мərkəz » Xəbərlər

Video-müşahidə sahəsində aktual həll variantları
27.09.2018

Xəbərlər

Anton Ren, “Zhejiang Dahua Technology Co Ltd” (Çin) şirkətinin Qafqaz ölkələri və Monqolustanda satış üzrə direktoru

Bizim stendin ekspozisiyasında video-müşahidə və alınmış məlumatların intellektual təhlili sahəsində həll variantları təqdim edilib. Bunların arasında müdafiə və digər strateji obyektlərin, eləcə də bank, istirahət zonaları, nəqliyyat və energetika obyektlərinin mühafizəsi üçün şəbəkə kameraları və video-registratorlar yer alır.

“Dahua” şirkətinin video-müşahidə vasitələri Azərbaycanda özəl şirkətlər tərəfindən alınır, lakin biz istərdik ki, dövlət sektorunu təmsil edən strukturlar da bu məhsullara diqqət yetirsin, çünki onların real faydası aşkar görünür.

“Dahua” şirkətinin həll variantları və məhsulları bir sıra beynəlxalq layihələr çərçivəsində istifadə edilib. Şirkətdə dörd tədqiqat institutu fəaliyyət göstərir və institutlarda 6000 nəfərdən artıq mühəndis və texniki personal “AI”, “IoT”, “bulud” servisləri, video, kiber-təhlükəsizlik və proqram təminatı üzərində işləyir.

“Dahua” şirkəti 2014-cü ildən etibarən video-müşahidə üzrə dünya bazarında ikinci yerdədir (“IHS” təşkilatının hesabatı və “Security 50” təşkilatının reytinqinə əsasən), 2017-ci ildə isə “A & S International” versiyası üzrə üçüncü yeri tutub. Şirkət yeni texnologiyaların yaradılması və öz layihələrində innovasiyaların tətbiqi istiqamətində sabit addımlarla irəliləyir.

Biz “ADEX” sərgisində ikinci dəfədir ki, iştirak edirik və gələcəkdə Azərbaycanda keçiriləcək texnoloji və ya İT sərgilərində (məsələn: “Bakutel” sərgisində) iştirak edə bilərik.



TƏRƏFDAŞLAR