EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Yeni texnologiyalara artan maraq
Media мərkəz » Xəbərlər

Yeni texnologiyalara artan maraq
26.09.2018

Xəbərlər

Firdovsi Məmmədov, Bakı

Mən aerokosmik agentliyin əməkdaşıyam. Sərginin mövzusu mənim özüm və həmkarlarım üçün çox maraqlıdır. Bir tez-tez müxtəlif layihələrin hazırlanması üzərində işləyirik və buna görə də həmişə daha çox məlumata ehtiyac duyuruq. “ADEX 2018” sərgisi bizə ən son texnologiyalar barədə məlumat toplamağa imkanı verir. Bizi maraqlandıran xarici şirkətlərin nümayəndələri ilə danışıqlar apardıq. Açıq ekspozisiyanı və burada təqdim edilən yenilikləri bəyəndik. Tanış brendləri müasir texnikanın yeni məhsulları ilə görmək bizi sevindirir.

Hesab edirəm ki, sərgi ilk növbədə gələcəkdə öz təcrübəmizi ötürmək niyyətində olduğumuz mütəxəssislər nəsli üçün faydalıdır. Onlar yeni məhsullar barədə internet vasitəsi ilə deyil, canlı şəkildə məlumat toplamaq, maketləri görmək, öz məhsulları haqqında danışan mütəxəssislər ilə söhbət etmək, bu sahədəki inkişafı öyrənmək imkanı əldə edirlər. Bütün gənc mütəxəssis və tələbələrə belə tədbirlərə daha çox maraq göstərməyi tövsiyə edirəm.



    TƏRƏFDAŞLAR