EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - Aramid parçası möhkəmliyinə görə poladdan geri qalmır!
Media мərkəz » Xəbərlər

Aramid parçası möhkəmliyinə görə poladdan geri qalmır!
26.09.2018

Xəbərlər

Denis Utkin, “Peredavaya tekstilşitça” (“Qabaqcıl tikişçi”) Korolev ipək fabrikinin (RF) marketin bölməsinin rəhbəri

Biz “ADEX” sərgisində ikinci dəfədir ki, iştirak edirik və gülləkeçirməz jilet, paraşüt istehsal edən tərəfdaşlar tapmaq niyyətindəyik. Bu məqsəd şirkətin gülləkeçirməz jilet, dəbilqə, təyyarələrin, vertolyotların üzlənməsi, eləcə də müxtəlif paraşüt növlərinin hazırlanmasında istifadə edilən texniki parçaların istehsalı sahəsində ixtisaslaşması ilə bağlıdır. Belə parçaları tədarük etməyə hazırıq.

Bizim parçaların unikallığı aramid – yüksək davamlılığa və termostabilliyə malik olan sintetik poliamid əsasında istehsal edilməsi ilə əlaqədardır. Əgər bu məhsulu bütün dünyada yaxşı tanınan “Kevlar” (“DuPont”) və “Twaron” (“Akzo” / “Acordis”) brendlərinin para-amidləri ilə müqayisə etsək, bizim parçaların davamlılıq üzrə xüsusiyyətləri daha yüksəkdir, bununla yanaşı, toxumanın qalınlığı nisbətən nazikdir. Beləliklə, bizim parçalardan istifadə edilməklə hazırlanmış gülləkeçirməz jiletlər daha yüngül və daha möhkəm olur. Aramid lifi  möhkəmliyinə görə poladdan geri qalmır, buna baxmayaraq poladdan beş dəfə yüngüldür.

Bu həm də para-amidlərin şinlərdə əsasən ip kimi, həmçinin yüngül ballistik materiallarda istifadə edilməsini şərtləndirir. Aramid lifi insan tükündən 10 dəfə nazik olsa da, liflərin birləşməsi gülləyə və qəlpəyə müqavimət göstərməyə, habelə daha yaxşı zirehli müdafiəni təmin etməyə imkan verir. Belə parçalardan hazırlanmış məhsullara müdafiə kompleksi, FHN və polis orqanlarında tələbat var.

Biz yaxın keçmişdə MDB ölkələri arasında Qazaxıstan ilə əməkdaşlıq qurmuşuq və ümidvarıq ki, Azərbaycanın da marağına səbəb olacağıq.



TƏRƏFDAŞLAR