EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - Müasir radioelektron müharibə sistemləri
Media мərkəz » Xəbərlər

Müasir radioelektron müharibə sistemləri
26.09.2018

Xəbərlər

İqor Sadovskiy, “Radiolokasiya sistemləri” holdinqinin (Belarus) “RADAR” konstruksiya bürosunun direktoru

Şirkət radiolokasiya, radio-kəşfiyyat və radioelektron cavab tədbiri sistemlərinin hazırlanması ilə məşğuldur. Şirkətin artıq Azərbaycana məhsul tədarükü sahəsində iki illik təcrübəsi var. “ADEX” sərgisində ikinci dəfə iştirak edərək, “VOSTOK-3D” üç-kordinatlı radiolokasiya aşkarlama stansiyasının və “Qroza-6” – radioelektron müharibə üzrə məhsulun maketlərini nümayiş etdiririk.

Radiolokasiya stansiyaları əsasən radiotexniki qüvvələr üçün nəzərdə tutulub və hava məkanına daimi nəzarəti həyata keçirmək iqtidarındadır. Radioelektron müharibə sistemləri iki əsas təyinata malikdir: kəşfiyyatın qarşısının alınması və (30 meqahertsdən 6 qeqahertsə qədər) ən yüksək diapazonda radio əlaqə sisteminin qarşısının alınması, o cümlədən “AWACS” (Havadan Xəbərdarlıq və İdarəetmə Sistemi, NATO üzvü olan əksər ölkələrdə istifadə edilir) sisteminin məlumat ötürmə kanalının kəsilməsi.

Həmçinin, stendimizdə “Qroza-6” stansiyasının – PUA-ları müəyyən edən, onlardan məlumat ötürmə kanallarını bloklayan PUA-lar ilə ixtisaslaşmış mübarizə stansiyasının maketi təqdim edilir. Stansiya PUA-ları digər rayonun trayektoriyasından çıxartmaq məqsədi ilə yalançı peyklər yaradaraq naviqasiya sahəsini təhrif edə bilər. Dünyada, o cümlədən Azərbaycanda “Qroza-6” stansiyasına böyük maraq var.



TƏRƏFDAŞLAR