EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Rəsmi kataloq

Sərgi qəzeti
ADEX - Belarus Respublikasının müdafiə müəssisələrində ixrac həcmlərinin artırılması
Media мərkəz » Xəbərlər

Belarus Respublikasının müdafiə müəssisələrində ixrac həcmlərinin artırılması
26.09.2018

Xəbərlər

Fedor Jlobo, “QVTUP Belspetsvneştexnika” şirkətinin regional direktoru

– Belarus Respublikasının dövlət hərbi-sənaye kompleksinin birləşmiş stendində yeddi təşkilat təqdim edilib. Onların arasında “Belspetsvneştexnika”, “140 Təmir zavodu” ASC, “2566 radioelektron silah təmiri zavodu”, “Aqat” cihaz istehsalı zavodu, “Radar” konstruktor bürosu və “558 Aviasiya təmiri zavodu” - aviasiya texnikası, pilotsuz uçuş aparatları, vertolyot və başqa texnikaların modernləşdirilməsi, əsaslı təmiri və texniki baxışı üzrə Belarus Respublikasının müdafiə sektorunun aparıcı müəssisələri yer alır.

“Belspetsvneştexnika” şirkəti öz stendində döyüş tapşırıqlarını uzaqdan yerinə yetirməyə imkan verən robotlaşdırılmış tank əleyhinə kompleksi təqdim edir. Həmçinin, burada “Legion B” – yerli kəşfiyyat, rabitə və avtomatlaşdırma vasitələri olan, “MXKT-500200” şassisi üzərinə quraşdırılmış reaktiv və yedəklənən artilleriyanı idarəetmə kompleksi; “Legion S” –özüyeriyən artilleriya ilə atəşi idarəetmə kompleksinin tam modernləşdirilməsi “1B12”; “Polonez” müxtəlif hədəfləri məhvetmə kompleksi, “Trio” kompleksi – kiçikölçülü PUA-lar ilə mübarizə üçün nəzərdə tutulmuş müasir ZRK və başqa layihələr təqdim edilir. Yeri gəlmişkən, “Polonez” kompleksi, eləcə də “MZKT 520” avtomobili sərgi kompleksinin xarici meydançasında nümayiş etdirilir.

Sərgidə iştirak etməkdə əsas məqsədimiz Belarus Respublikasının müdafiə müəssisələrində ixrac həcminin artırılmasından ibarətdir. Tapşırıqlarımız arasında Müdafiə Nazirliyi və  Prezident Aparatının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, işgüzar danışıqların aparılması, işçi görüşlərin keçirilməsi, yeni sazişlərin imzalanması və müdafiə sahəsində perspektiv layihələr üzərində iş yer alır.



TƏRƏFDAŞLAR