EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Rəsmi kataloq

Sərgi qəzeti
ADEX - Qabaqcıl həll variantlarının ən son konfiqurasiyası
Media мərkəz » Xəbərlər

Qabaqcıl həll variantlarının ən son konfiqurasiyası
26.09.2018

Xəbərlər

Ronen Faktor, “BIRD Aerosystems” şirkətinin həmsədri və təsisçisi

Biz Aviasiyanın raketdən müdafiə sistemi sahəsində ən qabaqcıl həll variantlarının ən son konfiqurasiyasını və Havadan kəşfiyyat, məlumat və müşahidə üzrə həll variantlarını Azərbaycanda keçirilən “ADEX” sərgisində təqdim etməkdən məmnunuq.

“BIRD Aerosystems” 2001-ci ildə təsis edilmiş və İsraildə yerləşən özəl şirkətdir. Şirkət iki əsas məhsul xəttinin hazırlanması və tətbiqi sahəsində ixtisaslaşıb: Aviasiyanın raketdən müdafiə sistemi (“ARMS”) və Havadan kəşfiyyat, məlumat və müşahidə (“HKMM”) üzrə həll variantları.

“BIRD Aerosystems” xüsusi missiyalı aviasiya üzrə həll variantları (“HKMM”) və aviasiyanın raketdən müdafiə sistemi (“ARMS”) sahəsində aparıcı istehsalçı kimi Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisində “SPREOS” kompakt istiqamətli infraqırmızı cavab tədbiri (“DIRCM”) üzrə həll variantını təqdim edəcək. Sapfir qübbə ilə dəstəklənən “BIRD” şirkətinin “SPREOS” sistemi radar əsaslı təsdiq datçikini və aktiv lazeri (“DIRCM”) özündə birləşdirir. Sistem raket hücumu barədə istənilən növ xəbərdarlıq sisteminə (“RXS”) asanlıqla inteqrasiya oluna bilər və “SPREOS” sistemi RXS-dən ilkin siqnalı aldıqdan sonra təhdid istiqamətinə çevrilir, öz çoxzolaqlı radar funksiyasını aktivləşdirir, təhdidin unikal məlumatlarını (sürətini, məsafəsini, mövqeyini, “RCS”) təhlil etməklə? ən effektli müdaxilə cavabını aktiv etmək üçün təhdidi təsdiq edir və ona hücum edir.

“BIRD Aerosystems” şirkəti “SPREOS DIRCM” həll variantı ilə yanaşı özünün HKMM üzrə həll variantının ən son konfiqurasiyasını da təqdim edəcək. “BIRD Aerosystems” şirkətinin HKMM üzrə həll variantı Havadan kəşfiyyat, məlumat toplama və müşahidə (“ISR”) sistemidir. HKMM üzrə həll variantı qərar qəbul edənləri və sahə komandirlərini yer və dəniz barədə məlumatlar ilə real vaxt rejimində təmin edir.



TƏRƏFDAŞLAR