EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
ADEX - Elektroşok silahının sirləri
Media мərkəz » Xəbərlər

Elektroşok silahının sirləri
25.09.2018

Xəbərlər

Е.А. Stolyarevskaya, “MART QRUPP” ASC-nin Baş direktoru

– “MART QRUPP” ASC  ölümcül olmayan özünümüdafiə vasitələri bazarında Rusiyanın aparıcı istehsalçısı və tədarükçüsüdür. Şirkətin əsas fəaliyyəti effektli elektroşok silahının istehsalıdır. Rusiya ərazisində istifadə edilən elektroşok cihazlarının təxminən 60 faizi, məhz, “MART” şirkəti tərəfindən istehsal edilərək istehlakçılara çatdırılıb. Biz “ADEX 2018” sərgisində həm mülki təyinatlı, həm də polis qüvvələri üçün xüsusi vasitə kimi elektroşok silahını, eləcə də dünya bazarındakı təhlükəsizlik vasitələrindən əhəmiyyətli dərədəcə fərqlənən, şirkətin öz istehsalı olan yoxlama cihazlarını təqdim edirik. Bizim məhsullar dünya bazarında təklif olunan bütün təhlükəsizlik vasitələrindən əhəmiyyətli dərədəcə fərqlənir. Biz Rusiyanın güc nazirliklərinin əməkdaşları üçün bir necə məhsulun funksiyalarını özündə birləşdirən yeni növ hibrid xüsusi vasitəni istehsal etmişik. Bunlar unikal çoxfunksiyalı qurğu – elektroşok dəbilqəsi və elektroşok cihazı ilə təchiz edilmiş metal detektorudur. Həmçinin, şirkət çoxlu funksiyaları olan atıcı elektroşok və video yoxlama qurğularının istehsalını həyata keçirir.

“MART QRUPP” ASC məhsullarını təkcə Rusiya ərazisində satmaqla məhdudlaşmadan öz fəaliyyət coğrafiyasını genişləndirmək niyyətindədir. Artıq şirkətin dünyanın 10-dan çox ölkəsində nümayəndəlikləri fəaliyyət göstərir. Biz Bakıda keçirilən sərgidə debüt edirik və ümidvarıq ki, “ADEX” sərgisindəki işimiz səmərəli olacaq. Əlbəttə, ilk növbədə maraqlanan güc nazirliklərinin nümayəndələrini öz məhsullarımız ilə tanış etmək istərdik, onları stendimizdə gözləyirik. Zəmanət veririk ki, onlar belə hibrid qurğuları başqa heç yerdə görə bilməzlər.



    TƏRƏFDAŞLAR