EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Eksklüziv olaraq Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün yeni layihə
Media мərkəz » Xəbərlər

Eksklüziv olaraq Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün yeni layihə
25.09.2018

Xəbərlər

Servet Bilgin, “Dearsan” şirkətinin dəniz layihələri üzrə meneceri

- “Dearsan” gəmiqayırma zavodu Türkiyədə hərbi gəmilər hazırlayan ilk müəssisədir. Hazırda biz “ADEX” sərgisində yeni layihəni təqdim edirik, bizim təklif Azərbaycanın hərbi dəniz qüvvələri üçün nəzərdə tutulub və ən son texnologiyalar ilə təchiz olunmuş dörd növ hərbi gəmilərin tikilməsi planını ehtiva edir. Bütün gəmilər Xəzər dənizinin coğrafi xüsusiyyətləri və region ölkələrinin qüvvələr balansı nəzərə alınmaqla hazırlanıb. Biz artıq bu layihəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişik.

Biz eyni zamanda, Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlıq təklifi ilə çıxış etmişik. Bütün gəmilərin Azərbaycanda tikilməsi planlaşdırılıb. Biz həm də Azərbaycana texnoloji transfer həyata keçiririk.

Sərgidə iştirak etməkdə məqsədimiz xüsusi olaraq Azərbaycan üçün hazırlanmış layihəni dövlət güc strukturlarının diqqətinə təqdim etmək, layihənin imkanlarını sərginin bütün qonaqları üçün təqdim etmək arzusu ilə bağlıdır.

Xüsusilə, hərbi dəniz kompleksinin, sahil mühafizə xidmətinin nümayəndələrini stendimizdə görmək istərdik. Biz təkcə Türkiyədə deyil, həm də bir sıra ölkələrdə hərbi gəmilər istehsal edirik. Layihələrimizin Sudan, Qatar, Türkmənistan və Qazaxıstanda reallaşdırılması üzrə zəngin təcrübə Azərbaycan ilə əməkdaşlığa kömək edəcək.



TƏRƏFDAŞLAR