EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Rəsmi kataloq

Sərgi qəzeti
ADEX - Zirehli texnika, təyyarə və vertolyotlar üçün nişanalma avadanlıqları
Media мərkəz » Xəbərlər

Zirehli texnika, təyyarə və vertolyotlar üçün nişanalma avadanlıqları
25.09.2018

Xəbərlər

Dmitriy Jidkov, “Shvabe” (Rusiya) holdinqinin Baş direktor müavini

“Shvabe” RF-nın optik sənayesinin 98%-ni əhatə edən “Rostex” dövlət korporasiyasına daxil olan optik holdinq kimi? istənilən növ zirehli texnika, təyyarə və vertolyotlar üçün nişanlama avadanlıqlarını istehsal edir. Məhsulların bir hissəsi şirkətin “ADEX 2018” sərgisindəki stendində təqdim edilir.

Həmçinin, şirkət tapşırıqdan asılı olaraq, müxtəlif parametrli atıcı silahlar üçün nişangah xəttinin ixracını həyata keçirir. Belə ki, snayper tüfəngləri üçün nəzərdə tutulmuş bizim nişangahlar dünyada yaxşı nüfuz qazanıb, istifadəsi rahatdır və yüksək tələbat ilə fərqlənir.

Biz bütün “ADEX” sərgilərində iştirak edirik və ümumiyyətlə, “Rostex” dövlət korporasiyası Azərbaycan ilə çoxillik sıx əlaqələrə malikdir. 2018-ci ilə qədər Azərbaycan tərəfindən RF-dan hərbi satınalmalar çərçivəsində bizim məhsulların bir qismi ölkənizə tədarük edilib.

Bu sərgi çərçivəsində Azərbaycan tərəfi ilə çoxsaylı danışıqların keçirilməsi, eləcə də sazişin imzalanması nəzərdə tutulub. Biz Bakıda digər ölkələrin şirkətləri, eləcə də Rusiyanı təmsil edən tərəfdaşlar ilə görüşlər keçirəcəyik.

Hazırda Azərbaycanda holdinqin ofisinin açılması məsələsi üzərində iş gedir və bu məsələ imzalanacaq sazişlərin həcmindən asılıdır. “Shvabe” təşkilatında yeni layihələrdə uğurla tətbiq olunan dəyərli təcrübə və biliklərə malik 18 min nəfərdən artıq yüksək ixtisaslı mütəxəssis çalışır.



TƏRƏFDAŞLAR