EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Rəsmi kataloq

Sərgi qəzeti
ADEX - Təhlükəsizliyin gücləndirilməsi sahəsində Azərbaycan-İsrail əməkdaşlığı
Media мərkəz » Xəbərlər

Təhlükəsizliyin gücləndirilməsi sahəsində Azərbaycan-İsrail əməkdaşlığı
25.09.2018

Xəbərlər

Yevgeni Kilştok, “SIBAT” (İsrailin Müdafiə Nazirliyi, Beynəlxalq əməkdaşlıq şöbəsi) korporasiyasının regional direktoru   

– İsrailin milli pavilyonu Bakıda keçirilən bütün “ADEX” sərgilərində iştirak edib və bu il 12 şirkət öz məhsullarını, silah və təhlükəsizlik sistemlərini, eləcə də başqa sahələr üzrə yeni məhsullarını təqdim edir. Bizim Azərbaycan ilə çoxillik uğurlu əməkdaşlığımız var.

Azərbaycan bizim məhsulların satışı üçün yaxşı bazardır - biz bu tərəfdaşlığa görə qürur hiss keçirir, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər strukturların beynəlxalq tenderlərində fəal iştirak edirik.

İsrailin müdafiə sənayesinin məhsullarının keyfiyyəti və yüksək texnologiyası əsasən döyüş şəraitində sübuta yetirilib və buna görə də, ildən-ilə rəqabət artsa da, bizim məhsullara və işgüzar təkliflərimizə böyük tələbat var.

Azərbaycan və İsrail təmsilçiləri daim müxtəlif səviyyələrdə danışıqlar aparırlar. Buna görə də, Azərbaycan üçün reallaşdırılan hər uğurlu layihə İsrail üçün şəksiz qürur mənbəyidir. Biz milli təhlükəsizliyin gücləndirilməsi üçün öz təcrübəmizi bölüşməkdən məmnunuq.



TƏRƏFDAŞLAR