EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Sərgi qəzeti

Rəsmi kataloq
ADEX - Yeni nəsil reaktiv təlim-məşq təyyarələri
Media мərkəz » Xəbərlər

Yeni nəsil reaktiv təlim-məşq təyyarələri
25.09.2018

Xəbərlər

Françesko Molinari, “Leonardo” şirkətinin aviasiya bölməsinin marketinq və satış üzrə meneceri

- İtaliyanın “Leonardo” şirkəti artıq 70 ildir ki, dünya bazarında fəaliyyət göstərir. Şirkətin bir sıra bölmələri, o cümlədən təlim və hərbi təyyarə, habelə vertolyotların tikintisi üzrə aviasiya və gəmiqayırma bölmələri fəaliyyət göstərir. Biz “ADEX” sərgisində ilk dəfə olaraq şirkətin əsas innovativ məhsulunu – “M-346” təyyarəsini Azərbaycan bazarına təqdim edirik. Təyyarə ən müasir inteqrasiya olunmuş hazırlıq sistemi ilə təchiz olunub. “M-346” modeli ikimühərrikli, oturacaqları ardıcıl yerləşdirilmiş, müasir, yeni nəsil reaktiv təlim-məşq təyyarəsi olub, yeni nəsil döyüş təyyarələrində uçuşlar həyata keçirən pilotların bilik,  bacarıq və vərdişlərini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Təyyarə birinci dərəcəli təlim-məşq imkanı, aşağı istismar məsrəfləri təklif edir.

Biz artıq İsrail ordusuna 30 təyyarə, Polşa ordusuna isə 15 təyyarə satmışıq, 30 təyyarə isə İtaliya ordusu tərəfindən istismar edilir. Ümidvarıq ki, bizim təyyarələr Azərbaycanda da səlahiyyətli strukturların marağına səbəb olacaq. Müdafiə Nazirliyi və aviasiya kompleksinin nümayəndələrini stendimizdə görməkdən məmnun olarıq.



TƏRƏFDAŞLAR