Xəbərlər

ADEX - Perimetri mühafizə etmək üçün optik-lif texnologiyası

Perimetri mühafizə etmək üçün optik-lif texnologiyası

25.09.2018

Xəbərlər

Oleq Xarkin, “Magal security systems” şirkətinin (İsrail) satışın təşkili məsələləri üzrə mühəndisi

– “Magal security systems” şirkəti bütün dünyada çoxsaylı obyektlərdə tətbiq edilən eksklüziv müdafiə sistemləri üzrə məhsullar sahəsində otuz illik təcrübəyə malikdir. Beynəlxalq “ADEX” sərgisində debüt edən şirkət xüsusi hasarların (obyektə giriş-çıxış), yeraltı müdafiə vasitələrinin, radar və müşahidə sistemlərinin quraşdırılması vasitəsi ilə Ədliyyə Nazirliyi strukturlarının, neft müəssisələrinin, atom və elektrik stansiyalarının strateji müdafiə obyektləri barədə məlumat verir.

Azərbaycan müdafiə və neft müəssisələrinin sürətlə inkişaf etməsi, bu məhsullar ilə dünya bazarına daxil olması ilə şirkətimizi maraqlandırır. Belə strateji obyektlərdə xüsusi mühafizə sistemi tələb olunur. Şirkət perimetri mühafizə etmək üçün eksklüziv optik-lif texnologiyasına malikdir. Daha əvvəl biz Heydər Əliyev Beynəlxalq Hava Limanının perimetri boyu hasarın quraşdırılması üzrə “AZAL” aviaşirkətinin sifarişini həyata keçirmişik və Azərbaycan Respublikası Prezidentinin bir neçə iqamətgahında təhlükəsizliyin təmin edilməsində iştirak etmişik.

Biz “ADEX” sərgisində yeni tərəfdaşlar və məhsullarımızın distribyutorlarını tapmaq niyyətindəyik.