EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Sərgi qəzeti

Fotoqalereya

Dəvətnaməni əldə edin
ADEX - Pilotsuz uçuş aparatları və intellektual sistemlər sahəsində innovasiyalar
Media мərkəz » Xəbərlər

Pilotsuz uçuş aparatları və intellektual sistemlər sahəsində innovasiyalar
25.09.2018

Xəbərlər

Kamil Quliyev, “VİTTA Scientific-Technical” şirkətinin Baş direktoru

Şirkət pilotsuz uçuş aparatları və intellektual sistemlər sahəsində öz innovativ məhsullarını təqdim edir. Bunların arasında “Stellar V” seriyalı – şaquli istiqamətdə uçuş həyata keçirən və uzaq məsafələrdə eniş edən, rəqəmsal “3G/4G” “VPN” şəbəkələrinin köməyi ilə telemetrik məlumatları və video axınlarını ötürmə imkanına malik olan PUA-lar və “M” seriyalı – çoxrotorlu, “Synapse” intellektual sistemi ilə təchiz edilmiş sənaye təyinatlı PUA-lar yer alır. Həmçinin, şirkət Azərbaycanda aparıcı texnoloji şirkətlərin innovativ həll variantlarını, o cümlədən “BIRD AMPS” raket hücumundan müdafiə sistemləri, hərbi aviasiyanın modernləşdirilməsi üçün kompleks və “GE” korporasiyasının aviasiya texnikası üçün yoxlama avadanlıqlarını təqdim edir.

Bununla yanaşı, şirkət hazırda süni intellekt  - ölkənin milli qüdrətinin asılı olacağı başlıca texnologiya əsasında “Synapse” çoxfunksiyalı sistemin hazırlanması üzərində işləyir. “Synapse” sisteminin əsas funksiyası kəşfiyyat məlumatlarından (video / təsvir, mətn hesabatları, audio fayllar) məlum obrazların yüksək operativlik və dəqiqliklə tanınmasından ibarətdir. Bu funksiya ümumilikdə ordunun imkanlarını artırmağa kömək edir.

 Şirkətin “ADEX 2018” sərgisində iştirak etməkdə əsas məqsədi pilotsuz uçuş aparatları sahəsində innovativ məhsulları, hərbi aviasiyanın modernləşdirilməsi və aviasiyanın raket hücumundan müdafiəsi sahəsində əldə edilmiş texniki nailiyyətləri nümayiş etdirməkdir. Biz hesab edirik ki, “ADEX” sərgisi Azərbaycanda hərbi texnika sahəsində qlobal nailiyyətlərin təbliğinə imkan verir.



TƏRƏFDAŞLAR